Siyasət

Ermənistan səfiri Livan ordusunun komandiri ilə ordu quruculuğu problemlərindən danışıb

Mayın 24-də Livandakı ER səfiri Samvel Mkrtçyan Livan ordusunun komandiri, briqad generalı Jozef Auni ilə görüşüb.

Bu haqda ER XİN mətbuat, informasiya və ictimaiyyət ilə əlaqələr şöbəsindən məlümat verirlər.

Jozef Auen Livan ordusunun ölkənin sərhədləri və daxili təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlərini təqdim edib.

Ermənistan və Livan arasında hərbi-texniki sahəsindəki əməkdaşlıq və gələcəkdə bu istiqamətində praktik addımların atılması məsələləri müzakirə edilib. İki tərəfi də, mövcud təhditlərin aradan qaldırılmasına hazır olduqlarını bəyan edərək, ordu quruculuğu problemlərinə toxunub.

Səfir Mkrtçyan Dağlıq Qarabağ münaqişə zonasında mövcud hərbi vəziyyəti, Azərbaycan tərəfindən həmişə təşəbbüs edilən təxribatları və qeyri konstruktiv əməliyyatları həmsöhbətçinin diqqətinə çatıb.

 

Daha çox göstər
Back to top button