İctimaiyyət

Jurnalistləri Müdafiə Komitəsi Nicat Əmiraslanovu azad etməyə çağırır

”Jurnalistlərin ”qondarma, intiqam məqsədi daşıyan” ittihamlarla suçlamayın”

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hökumətini jurnalist Nicat Əmiraslanovu dərhal azad etməyə çağırır.

Qazaxda yaşayan jurnalist N.Əmiraslanova mayın 23-də 30 sutka inzibati həbs cəzası verilib. Onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini pozduğu iddiası ilə cəzalandırıldığı deyilir. Həmin maddədə söhbət polisin qanunu əmrinə tabe olmamaqdan gedir.

CPJ-in mayın 24-də yaydığı bəyanatda Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova hakimiyyəti tənqidçi jurnalistlərin təqibinə və həbsinə son qoymağa çağırıb.

O, hökuməti jurnalistlərin “qondarma, intiqam məqsədi daşıyan” ittihamlarla suçlanmasını dayandırmağa səsləyib.

Nicat Əmiraslanovun dostları və həmkarları düşünürlər ki, hakimiyyət onu internetdə yazdıqlarına və jurnalist fəaliyyətinə görə həbs edib.

Hakimiyyət təmsilçiləri isə heç bir jurnalistin peşəsinə görə təqib olunmadığını, ölkədə media azadlığının tam təmin olunduğunu bildirir.

Daha çox göstər
Back to top button