Beynəlxalq
KTMT BMT-nin sülhməramlı missiyalarına qoşulmaq üçün müzakirələrə başlayıb: Yuri Xaçaturov

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçüncü ölkələr ərazisində BMT-nın sülhməramlı missiyalarında iştirak etmək mandatı ilə bağlı məsələləri müzakirə edir. Bu haqda TACC xəbər agentliyinə KTMT baş katibi Yuri Xaçaturov bildirib.
Onun sözlərinə görə, KTMT-nin öz sülhməramlı potensiyalı vardır (3,5 min nəfərdən çox) və sülhməramlı missiyalarını sadəcə KTMT üzv ölkələri ərazisində deyil, BMT Təhlükəsizlik Şurasının mandatı ilə üçüncü ölkələr ərazisində də keçirə bilər.