Ekonomika

“Moody’s” hökumətin Beynəlxalq Bankla bağlı hesablamalarına inanmır

“Ölkə hökumətinin son illərdə Azərbaycan Beynəlxalq Bankına (ABB) yardım etməsindən sonra birdən-birə siyasətini dəyişərək borcları kreditorlarla öz arasında bölməsi bizim üçün sürpriz oldu”.

Bunu “Moody’s” beynəlxalq reytinq agentliyinin MDB ölkələri üzrə bank analitiki Pyotr Paklin deyib.

P.Paklin Azərbaycan Maliyyə Nazirliyinin ABB-nin borcları ilə bağlı apardığı hesablamalara inanmadığını deyib: “Mən artıq ABB-yə və Maliyyə Nazirliyinin hesabatlarına inanmıram. Bu problemlər gözlədiklərimizdən də çox ola bilər”.

“ABB-nin sağlamlaşdırılması prosesi dövlət büdcəsinə daha çox ziyan gətirə, Azərbaycanın xarici layihələrinin maliyyələşdirilməsinə mane ola bilər”, – deyə “Moody’s” rəsmisi qeyd edib.

Daha çox göstər
Back to top button