
ER Müdafiə nazirinin müvəqqəti icraedicisi Viqen Sarkisyan Ermənistan Respublikasında Çin Xalq Respublikasının fövqalədə və səlahiyyətli səfiri Tiyan Erlunu qəbul edib.
ER Müdafiə nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə görüş ərzində Tian Erlu ER-da ÇXR səfirliyi yeni təyin olunmuş hərbi və hərbi hava təmsilçisi baş polkovnik Çjan Fenxuanı təqdim edib.
Viqen Sarkisyan hərbi təmsilçini vəzifəyə təyin olunması münasibətiylə onu təbrik etmiş Ermənistanda öz gələcək xidmətini həyata keçirmək ərzində müvəffəqiyyətlər arzulamışdır.
Söhbət əsnasında tərəflər erməni-çin münasibətlərinin hazırkı səviyyəsini yüksək qiymətləndirərək müdafiə sahəsində qarşılıqlı işgüzarlığın gələcək genişləndirilməsi və inkişaf sahələrini müzakirə etmişlər.