İctimaiyyət

ABŞ-ın Nümayəndələr Palatası Ərdoğanın qorumalarının dinc nümayişçilərə qarşı hücumunu pisləyən qətnamə qəbul edib

ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı Türkiyə səfirliyi qarşısındakı qarşıdurmada mühafizəçilərin dinc nümayişçilərə qarşı hücumunu pisləyən qətnamə qəbul edib.

Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys, Respubikaçıların fraksiya rəhbəri Kevin Makkart və Demokratlar partiyanın üzvü Vip Steni Hoyer tərəfindən hazırlanmış layihə Xarici Əlaqələr Komissiyasında müzakirə edildikdən sonra səsverməyə qoyulub.

Qətnamə səsverməyə qoyulduqdan sonra yekdilliklə qəbul edilib. İclasda çıxış edən konqres üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana və onun mühafizəçilərini kəskin şəkildə tənqid ediblər.

Sənəddə bildirilir ki, baş vermiş qarşıdurmalara görə məsuliyyət Türkiyə hökumətinin üzərindədir.

Xarici Əlaqələr Komitəsinin sədri, respublikaçı Ed Roys deyib ki, cangüdənlər amerikalıların ifadə azadlığını kobud şəkildə pozub. O, bildirib ki, heç bir hökumətə vətəndaşlarımızın haqlarını əllərindən almasına göz yumulmayacaq.

Daha çox göstər
Back to top button