Təhlil

«Open Democracy»: Azərbaycan müxaliflərini təqib etmək üçün Gürcüstan hökumətinə təzyiq göstərir

Gürcüstan bir neçə ildir ki, Azərbaycan müxalifləri üçün oazis olub. Lakin Gürcüstanda Bakı investisiyalarının rekord səviyyəyə çatdıqdan sonra vəziyyət dəyişib. Bu haqda «Open Democracy» yazır. Keçən ay azərbaycanlı rapçı və “Meydan TV” əməkdaşı Camal Əlini Gürcüstana buraxmadılar və o, Berlinə dönmək məcburiyyətində qalıb.

Camal Əli 2012-ci il martın 17-də Bakıda hakimiyyət əleyhinə olan mitinqdə iştirak edərkən, polis tərəfindən həbs olunmuşdu. Həbsxanada o işgəncələrə məruz qalıb və azadlığa buraxıldıqdan sonra Azərbaycanı tərk edərək Berlinə gedib. Son günlərdə keçmiş “vicdan məhbusu”, sonra isə, hökumətin jurnalsiti olan “Haqqın.az” saytının redaktoru Eynulla Fətullayev Gürcüstan hökumətini Əlini Bakıya ekstradisiya etmədikləri üçün tənqid edib.

Fətullayev Gürcüstanı “Anti-Azərbaycan aktivistləri” üçün lazımi şəraitləri yaradmasında günahlandırıb və vurğulayıb ki, “Azərbaycan müxalifləri Gürcüstana Azərbaycandakı hakim rejimini devirmək üçün gedirlər”.

Əli Gürcüstanda çətinliklərlə üz-üzə gələn yəganə müxəlifi deyil. Müstəqil jurnalist Gülnur Kazimova 2014-cü ildə Azərbaycandan qaçaraq Tbilisdə yaşayırdı. Son üç il ərzində o 11 dəfə mənzilini dəyişmişdi, çünki «Human Rights House» onu xəbərdar etdi ki, ailəsi təhlükədədir.

“Müsavat” müxalifət partiyasının üzvü Daşqın Ağalarlı Türkiyədən Gürcüstana gedərkən Batumidə həbs edilib. Gürcüstan hökuməti ona sığınacaq verməyib. Gürcüstan məhkəməsi qərar verib ki, bir ay ərzində Ağalarlı ölkədən çıxmalıdır, əksi halda o deportasiya olunacaq.

Gürcüstanda yaşayan azərbaycanlı aktivist və jurnalist Əfqan Muxtarlı məhkəmə qərarının siyasi motivli olduğunu qeyd edib. Muxtarlı düşünür ki, Ağalarlının Azərbaycana gəldikdən sonra digər fəallarından biri olan Mehman Qələndərovun taləsinə məruz qalacaq, hansı ki Gürcüstandan Bakıya döndükdən sonra həbs olunmuşdu, sonra isə ölmüşdü.

Azərbaycan vətəndaşlarına xarici ölkələrdə  ilk növbədə siyasi, və ya iqtisadi səbəblərlə sığınacaq verilir. Azərbaycandan gedənlərin əksəriyyəti müxalifat partiyaların üzvləridir, hansı ki mitinqlərdə iştirak üçün həb olunmuşdu.

Daha çox göstər
Back to top button