Siyasət
Popov: “Yerevan və Bakı məsələrdən biri üzrə razılıq əldə edib”

Beynəlxalq müşahidəçilərin say tərkibinin 7 nəfərə çatdırılması ilə bağlı razılıq əldə olunub. Bu haqda APA agentliyinə müsahibəsində ATƏT Minsk qrubunun rus həmsədri İgor Popov deyib.
” Lakin detallara dair fikir ayrılığı qalmaqdadır. Bunlar müşahidəçilərin yerləşdirilməsi, onların fəaliyyətinin maliyyələşdirilməsi və bir sıra digər texniki məsələlərdir. Bunların razılaşdırılması ilə bağlı hazırda ATƏT-ə sədrlik edən Avstriya təşkilatın katibliyinin müvafiq strukturları və tərəflərin nümayəndələri ilə birgə məşğul olur”- deyərək Popov qeyd edib.
Artsax münaqişə zonasında müşahidəçilərin say tərkibinin artırılması məsələsi daha 2016-cı ildə Vyanada və Sankt Peterburqda Ermənistan və Azərbaycan prezidentlərinin görüşündə müzakirə edilib.