İctimaiyyət
Dövlət Departamenti: ABŞ Gözəl Bayramlının həbsindən narahatdır

‘Təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq”
“ABŞ Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının həbsi barədə məlumatdan narahatdır”, – ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Turan-ın müxbiri ilə söhbətində bildirib.
Bu haqda Meydan TV məlümat verir.
“Biz təkidlə Azərbaycan hakimiyyətini təkcə Gözəl Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq. Biz dinc siyasi iştirak üçün şəraitin yaradılmasına çağırırıq”,- o əlavə edib.