Ekonomika

Erdoğanın ailəsi azərbaycanlı biznesmenin dəstəyi ilə gizli razılaşma sayəsində 20 milion avrodan çox pul qazanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsi 2008-ci ildə “Ağdaş” neft tankerləri ilə bağlı gizli razılaşma sayəsində 20 milion avordan çox pul qazanıb.

Bu haqda “Der Spiegel” jurnalı məlümat verir.

Razılaşmada Azərbaycan mənşəli türk milyarder Mübariz Mansimov də iştirak edib.

Məlümata görə, Mansimov məhz Erdoğan sayəsində vətəndaşlıq alıb. 2008-ci ildə biznesmen “Ağdaş” tankerini Türkiyə prezidentinin qardaşı Mustafa, böyük oğlu Burak və qaynı Ziyə İlhen tərəfindən başçılıq edilən Bumerz Limited şirkətinə verib.

“Ağdaş” – ın inşa edilməsi 18,4 milion dolar krediti üçün Masimov məsuliyyətlidir. Biznesmen 2008-ci ildən sonra da Bumerz Limited-dən kirayə edərək tankerdən istifadə edib. 2015-ci ilin oktyabrında bunun üçün, o, 21 milion dolar xərəcləyib. Qeyd edilir ki, 2015-ci ildən etibarən Masimov tankerin kirayə etmə müqaviləsini 5 il ilə yeniləyib. O “Ağdaş”- dan istifadə etmək üçün hər gün 3400 dolar verir.

Daha çox göstər
Back to top button