Ekonomika

“Fitch” “PAŞA Bank” və onun Türkiyədəki törəməsinin reytinqlərini endirib

“Fitch” beynəlxalq reytinq agentliyi “PAŞA Bank” ASC-nin uzunmüddətli defolt reytinqini “BB-” səviyyəsindən “B+” səviyyəsinənək endirib.

APA-Economics” reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bankın qısamüddətli defolt reytinqi “B” səviyyəsində təsdiqlənib.

Bankın dayanıqlıq reytinqi “b+” səviyyəsindədir. Bununla yanaşı, banka verilən dəstək reytinqi “3”-dən “5”-ə endirilib.

Bundan başqa, “PAŞA Bank”ın Türkiyədəki törəməsi olan “PASHA Yatırım Bankası”nın uzunmüddətli reytinqi “A(tur)” səviyyəsindən “BBB+(tur)” səviyyəsinədək endirib.

“Fitch” “PAŞA Bank”ın uzunmüddətli defolt və dəstək reytinqlərinin endirilməsini Azərbaycan Beynəlxalq Bankı tərəfindən xarici öhdəliklərin yerinə yetirilməsinin dayandırılması ilə izah edir.

Daha çox göstər
Back to top button