
ER Prezidenti Serj Sarkisyan Ermənistan milli futbol komandasının və “Mançester Yunayted” yarım müdafiəçisi Henrix Mxitaryanı “ Vətənə verdiyi xidmətlər üçün” 1-ci dərəcəli medalla mükafatlandırıb.
Futbolçu erməni idmanının inkişafına dəstəyi və Ermənistanı dünyaya ən yaxşı şəkildə təqdim ettiyi üçün mükafatlandırılıb.
Mxitaryan mükafalandırma mərəsimindən sonra jurnalistlərlə müsahibəsində qeyd edib ki, Dövlət başçımızdan mükafatlandırılması üçün çox qürurludur.
“Məncə bu mükafat gələcəkdə erməni idmanının inkişafına daha böyük xidmətlər verməyə təşvik edəcək “,- deyərək Mxitaryan davam edib.
Futbolçu, həmçinin, Avropa liqasının final oyunundan sonra Ermənistan bayrağı ilə stadiona girməsi haqqında danışaraq vurğulayıb ki, Erməni Üç Rənglini yüksəltmək hamı üçün iftixardır.