Siyasət

İran XİN İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərinə toxunub

İran Xarici işlər nazirliyi İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərinə toxunub.

Bu haqda İran “Tasnim” mətbuat agentliyi məlümatlandırır.

Xatırladıq ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri çərçivəsində mayın 21-də “Ərəb – Amerika- İslam” Sammitində iştirak edərək bəyan edib ki, İran Yəməndə, İraqda, Livanda və Suriyada qeyri-sabitlikləri yaradan militanları silahlandırır və təlim keçirir. Donald Tramp beynəlxalq cəmiyyəti İranı təcrid etməyə çağırıb.

İran Xarici işlər nazriliyinin rəsmi nümayəndəsi Bahram Ğasemi xüsusilə deyib: “Biz başqa insanların müxtəlif zirvələrdə iştirak etməsinə qarşı deyilik. Bizim üçün bizə dedikləri və şahid olduğumuz addımlar əhəmiyyətlidir”.

Son zamanlarda İran Müdafiə Nazirliyi rəhbəri, İsrayil- Azərbaycan münasibətləri ilə bağlı Bakının açıqlamalrına toxunaraq, deyib:”İsrayil pilotsuz təyyarələrindən birinin  İran ərazisinə girdiyində biz Bu haqda Azərbaycan tərəfinə xəbərdarlıq etdik, amma Azərbaycan prezidenti bunu çətinliklə qəbul etdi. Mən gedərək onunla danışmışam. Bir il keçmədən, bəlli oldu ki, bu onlar tərəfindən edilmişdi.

Daha çox göstər
Back to top button