
ATƏT Minsk qrubunun həmsədrləri iyunun başlanğıcında Yerevana və Stepanakertə səfər edəcək.
Bu haqda mayın 30-da ATƏT baş katibi Lamberto Zaynerlə birgə mətbuat konfransında ER Xarici işlər naziri Edvard Nalbandyan bildirib.
Nazirin sözlərinə görə, səfər təxminən 10 gün sonra baş tutacaq. Vasitəçilər Yerevana gələcək, sonra da Stepanakertə səfər etmək niyətindədirlər.
Ermənistan və Azərbaycan Xarici işlər nazirləri və prezidentləri səviyyəsində görüşün imkanları haqqında suala cavab olaraq, Nalbandyan qeyd edib ki, həmsədrlərin səfəri ərzində, bu cür təklif olsa, gələcəkdə prezidentlərin görüşünün təşkil edilməsi məqsədi ilə Xarici işlər nazirlərin görüşü imkanının müzakirə edilməsi mümkündür.