Ekonomika

Erməni-alman iqtisadiyyat əlaqələrinin inkişafına dair məsələlər müzakirə olunub

Baş nazir Karen Karapetyan Almaniya Federativ Respublikasının iqtisadiyyatı üzrə Şərq komissiyasının icraedici müdiri Mixayel Harmsi qəbul edib. Komissiya Almaniyanın iqtisadiyyatı üzrə aparıcı işgüzar asossiasiyalarını əks edən təşkilatdır.

Hökumət rəhbəri qeyd edib ki, Ermənistan üçün Almaniya olduqca mühüm həmkardır.Ermənistan müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafında maraqlıdır.

Mixayel Harms ER hökumətinin biznes mühitinin reformuna istiqamətlənmiş addımlarıalqışlamış və iqtisadiyyat sahəsində erməni-alman əməkdaşlığının dərinləşməsinə yardım etməyə hazır olduğunu bildirib.

Həmsöhbətçilər energetika, sənaye, kənd təsərrüfatı, turizm, infrastrukturlar və digər sahələrdə birgə proqramların perspektivliyi ətrafında fikir mübadiləsini etmişlər.

Daha çox göstər
Back to top button