İctimaiyyət

Politolog ” Azərbaycan hakimiyyətlərinin korupsiyalaşmış siyasəti səbəbi ilə ölkədə gənclərin sayı azalıb

“15-19 yaşlarında olan gənclərin sayı 252 min 300 nəfər azalıb. Bu, 26,7% azalma deməkdir.

Əhali tərkibində gənclərin sayının az müddətdə kəskin azalmasının səbəblərini siz də arayın, dostlar! Sorğular yollayın, izahat axtarın ki, gənclərə dair həyata keçirilmiş iki dövlət proqramı onların sıra sayının nədən bu dərəcədə azalması ilə müşayiət olunub? Bəlkə bu ölkədə gənclər siyasətinə, sosial-iqtisadi vəziyyətə, səhiyyə və təhsil rüsvayçılığına cavabdeh olanların vicdanı oyana.
Qeyd edim ki, gənclərin strukturunu dağıdan bu təhlükəli proses 2008-ci ildən başlanğıcını götürüb və 2017-ci lin əvvəlinədək ötən dövrdə 15-19 yaşlarında olan gənclərin sayının 945,3 min nəfərdən 693 min nəfərə qədər enməsinə səbəb olub. Hər il gənclərin sayında orta hesabla 28 min nəfərdən çox azalma yaşanıb.
Xatırladım ki, 15-19 yaş qrupuna daxil olan gənclərin əhali strukturunda xüsusi çəkisi 1995-2005-ci illərdə mütəmadi qaydada artaraq 8,95%-dən 10,98%-ə qədər yüksəlmişdi. Lakin 2006-cı ildən sonra bu müsbət tendensiya tərsinə dönüb və 2016-cı ilin sonunadək gənclərin əhali tərkibində payı 7,14%-ə qədər azalıb. Hazırda 15-19 yaşlı gənclərin sayı 20 il əvvəlki səviyyəyə düşüb.
Bu təhlükəli proses, onu doğuran səbəblər təcili şəkildə durdurulmalıdır. Belə ağır nəticələrə gətirib çıxaran siyasətdən dərhal imtina olunmalıdır. Ölkənin müharibə şəraitində olması nəzərə alınmalıdır”.

Meydan TV-nin məlümatına görə, yazı müəllifin Facebook səhifəsindən götürülüb.

Daha çox göstər
Back to top button