Ekonomika

Yerevan, İran-Ermənistan-Gürcüstan-Rusiya dəhlizini yaratmaq istiqamətində çalışır

Ermənistan Enerji daşıyıcılarının keçidi təhlükəsizliyini təmin etməyə dair layihələrə dəstək olmağa hazırdır.Bu haqda ER Energetika və təbii resurslar nazirinin müavini Hayk Harutunyan beynəlxalq Enerji Xartiyasında olan nitqi ərzində bəyan edib.

Nazir qeyd edib ki, Ermənistan dünyanın bütün ölkələriylə qazı, elektro enerjini yaymaq və təmin etmək işində işləməyə hazırdır.

“Hazırda biz İran, Gürcüstan,Ermənistan və Rusiya arasında dəhliz yaradılması istiqamətində çalışırıq Hal-hazırda Ermənistanda elektro enerji cərəyanını təmin etmək üçün infrastrukturlar yaradılması üçün tender elan edilib”- deyərək Hayk Harutunyan əlavə etdi ki, Forum iştirakçılarını həmin yarışda iştirak etmək üçün dəvət edir.

Daha çox göstər
Back to top button