
Artsax münaqişəsinin nizamlanması barədə Kipr Xarici işlər nazirinin bəyanatı Azərbaycan hakimiyyətlərini hirsləndirib.
Qeyd edək ki, ER Müdafiə naziri Kiprə rəsmi səfəri ərzində bu ölkənin Xarici işlər naziri İoannis kasulideslə görüşüb. Görüşdə, həmçinin, Artsax və Kipr münaqişələri müzakirə edilib.
Kipr Xarici işlər nazirinin sözlərinə görə, bu iki problem arasında paralel aparması yanlışdır, çünki Türkiyə tərəfindən işğal olunmuş Şimal Kiprdən fərqli olaraq, Artsax ermənilərin tarixi vətənidir, onlar həmişə burada yaşamışdır, öz təhlükəsizliyi üçün mübarizə edərək, müstəqiliyini elan edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kiprin xarici işlər naziri İoannis Kasoulidesin Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar səsləndirdiyi fikirləri şərh edib.
“Onun bu fikirləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həlli prosesinə və regionda davamlı sülhün təmin olunması səylərinə zərər vurur”, – deyərək Hacıyev bəyan edib.
H. Hacıyev qeyd edib ki, bu fikirlər Kiprin üzvlüyünü daşıdığı Avropa İttifaqı, ATƏT və Avropa Şurasının münaqişə ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi ilə bir araya sığmır.
Həmçinin vurğulanır ki, Şimali Kipr türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır. Şəffaflıq təmin edilmədiyinə görə Kiprlə Ermənistan arasındakı hərbi əməkdaşlıq barəsində də müəyyən suallar və şübhələr var.