Siyasət

Avropa Şurası Azərbaycanla bağlı rüşvət faktını araşdırmağa başladı

Avropa Şurası AŞPA-nın bəzi üzvlərinin Azərbaycan hakimiyyətinin tapşırığını yerinə yetirməsi şübhəsi ilə bağlı araşdırmaya başlayıb.
Araşdırmanı üç keçmiş hakim aparır. Onlar AŞPA üzvlərinin Azərbaycan hakimiyyətindən rüşvət alması ilə bağlı iddiaları yoxlamalıdır.
Azərbaycanın 2013-cü ildə AŞPA-nın qərarına təsir etməsiilə bağlı şübhələr var. O zaman assmableya Azərbaycanda insan haqlarının pozulması və siyasi məhbusların vəziyyətinə dair Ştrasserin hazırladığı hesabatı rədd edib.
Şübhələrə əsasən, hesabatın keçməməsi üçün assambleya üzvlərindən birinə 2,5mln. dollardan çox pul ödənilib.
Avropa Şurasının hesabatının nəticələri bu ilin sonunda açıqlanacaq.
Dekabrda European Stability Initiative (ESI) hüquq müdafiə təşkilatı AŞPA-nın bəzi üzvlərinin Azərbaycanın maraqlarının lobbiçiliyi ilə məşğul olduğunun iddia edildiyi hesabat açıqlamışdı.

Daha çox göstər
Back to top button