İctimaiyyət

“Azәrbaycan hakimiyyәti Әfqan Muxtarlını dәrhal azad etmәlidir”

Jurnalistləri Müdafiə Komitəsi mayın 30-da açıqlama yayıb

“Azərbaycan hakimiyyəti dərhal jurnalist Əfqan Muxtarlını azad etməli, onun qonşu Gürcüstana qayıtmasına icazə verməlidir.”

CPJ media məlumatlarına əsasən yazır ki, Gürcüstanın Daxili İşlər Nazirliyi Muxtarlının qanunsuz saxlanması iddialarını araşdırır. CPJ jurnalistin Gürcüstandakı statusunu müəyyənləşdirə bilməyib.

«Gürcüstan hakimiyyəti Əfqan Muxtarlının dərhal buraxılmasını, Tbilisiyə qayıtmasına imkan verilməsini tələb etməlidir», – CPJ-nin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Ognianova deyib.

«Azərbaycanda müstəqil xəbərləmə işinə təzyiqlər bir çox jurnalistləri sürgünə məcbur edib. Onların zorla Azərbaycana qaytarılması ölkənin mətbuata düşmən münasibətinin göstəricisidir», – Ognianova söyləyib.

Daha çox göstər
Back to top button