
Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan Avropa Birliyinə üzv dövlətlərin Latviya, Niderlandlar,Litva,Estoniya və İsveçin xarici siyasət ali idarələrinin Şərq tərəfdaşlığı məsələləri üzrə xüsusi elçiləri qəbul edib.
Görüş ərzində təfərrüatlı qaydada Ermənistan-Avropa Birliyi qarşılıqlı işgüzarlığı, Şərq tərəfdaşlığı proqramı çərçivələrində həyata keçirilən əməkdaşlıq və noyabrda Brüsseldə keçiriləcək assambleyaya hazırlıq işləri ətrafında diskussiyalar keçirilib.
Hər iki tərəflər də Ermənistan-AB arasında münasibətlərin dinamik inkişafını vurğulamışlar.Avropa ölkələrinin xüsusi elçiləri Şərq tərəfdaşlığında Ermənistanın konstruktiv və aktiv cəlbediciliyini yüksək qiymətləndirib.