İctimaiyyət

Gürcüstan Ombudsmanı Muxtarlıya görə hökuməti ittiham edir

Gürcüstanın ombudsmanı bəyanat yayaraq Tbilisidə jurnalist Əfqan Muxtarlının oğurlanmasını “həyəcanlı” fakt adlandırıb.
“Ya biz DİN-dən, yaxud Dövlət Təhlükəsizlik Xidmətindən azərbaycanlı jurnalistin Tbilisidən Bakıya necə getdiyini eşitməliyik, ya da siyasi məsuliyyəti öz üzərlərinə götürsünlər. Bu, Gürcüstan üçün rusvayçılıqdır”, – deyə Uça Nanuaşvili feysbuk səhifəsində yazıb və Əfqan Muxtarlıya azadlıq çağırışı edib.
O həmçinin vurğulayıb ki, hakimiyyət qanunları oxumaq istəmirsə, heç olmasa Vaja Pşavelanı oxusunlar. Ombudsman gürcü əbədiyyatının qonağı qorumağın müqəddəsliyinə həsr edilən  klassikanı nəzərdə tutub.

Daha çox göstər
Back to top button