Siyasət

Səfir: “ER-AB razılaşması regionda siyasi tarazlıq baxımından mühümdür”

Ermənistan və Avropa Birliyi arasında razılaşma uzunsürən danışıqlar prosesinin nəticəsidir.Bu haqda yanvarın 1-də keçirilən mətbuat icmalı zamanı Ermənistanda Fransanın səfiri Jan Fransua Şarpantye bəyan edib.

Səfir qeyd edib ki, bunun mövzusu kifayət qədər əhatəlidir.

“Mən ümidvaram ki, noyabrda Brüsseldə keçiriləcək sammitdə sənəd artıq imzalanacaqdır” deyərək səfir bəyan edib.

O, xatırlatdı ki, Fransa danışıqlara başlamağın tərəfdarı olub və həmin istiqamətdə az səylər etməyib: “Həmin sənədin imzalanması regionda siyasi tarazlıq nöqtei nəzərincə olduqca vacibdir və mən ümidvaram ki, o mütləq imzalanacaqdır”-deyərək səfir qeyd edib.

Sənəd bəs nə üçün elan edilmir?-sualına cavab olaraq səfir təklif etdi ki, onu cavabdeh tərəfə istiqamətləndirsinlər.

“Mənə nə qədər ki, məlumdur sənəd nə qədər ki, imzalanmayıb elan edilmir”-deyərək səfir bəyan edib.

Daha çox göstər
Back to top button