İctimaiyyət

Saakaşvilinin partiyası Muxtarlıya görə nazirlərin istefasını tələb edir

“Azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanması ilə bağlı “Milli Hərəkat” Gürcüstan DİN və DTX-nın rəhbərliyinin istefa verməsini tələb edir”. Bu barədə “Milli Hərəkat”ın parlamentdəki nümayəndəsi Salome Samadaşvili dünənki mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, bu tip əməliyyatlar siyasi rəhbərliklə razılaşdırılmalı və  Gürcüstanın baş nazirinin xəbəri olmadan həyata keçirilə bilməzdi: “Gürcüstan ərazisində azərbaycanlı jurnalistin itməsindən 24 saat keçib. Son nəticədə o, Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının əlinə keçib. Biz görürük ki, Gürcüstanın hakimiyyət nümayəndələri bu mövzu ilə bağlı ard-arda absurd bəyanatlar verirlər. Biz parlamentdə gördük ki, çoxluq həqiqətin müəyyən olunmasında maraqlı deyil. Biz baş verəni Gürcüstandakı təhlükəsizlik sisteminin dağılmasının əyani sübutu kimi dəyərləndiririk. Bununla bağlı məsuliyyət birbaşa hakimiyyətin boynundadır. Gürcüstan zülmət vaxtlarına geri dönür. O zaman küçədə insanın oğurlanması adi hal idi. Ona görə də baş verənə görə məsuliyyəti hakimiyyət daşıyır”.

Bu haqda Azadliq.info məlümat verir.

Daha çox göstər
Back to top button