İctimaiyyət

Avropa Məhkəməsi əsgər ölümü ilə bağlı qərarını elan edib

Iyunun 1-də Avropa İnsan Hüquqları Məhkəməsi Malik Babayevin şikayəti üzrə Azərbaycana qarşı qərarını elan edib. Bu barədə vəkil Fariz Namazlı Facebook səhifəsində yazıb.

“Malik Babayev Azərbaycana qarşı” işində bildirilir ki, ərizəçinin oğlu Zakir Babayev 2009-cu il noyabrın 14-də Gədəbəy rayonunda hərbi hissədə qarovulda olarkən əsgər yoldaşları güllə səsi eşidiblər və Z. Babayevin meyidini aşkar ediblər.

Həmin gün Qazax Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (ölüm həddinə çatdırma) ilə cinayət işi başlanılıb. Sonradan cinayət hadisəsinin olmaması əsası ilə icraata xitam verilib.

Yerli məhkəmələr həmin qərarı qüvvədə saxlayıb və hesab ediblər ki, iş üzrə bütün tədbirlər görülüb.
Avropa Məhkəməsi hesab edib ki, bu iş üzrə effektiv araşdırma aparılmayıb, buna görə Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsinin (araşdırılma aparılmaması) pozuntusunu elan edib və mənəvi zərərə görə 15000 avro kompensasiya təyin edib.

Daha çox göstər
Back to top button