İctimaiyyət

ER-da ABŞ səfiri: “Bu gün mənim üçün qeyri-adi gündür”

Bu gün Arno Babacanyan adına filarmoniyanın kiçik zalında Sülh korpusunun yeni qrupunun önüllülərinin andiçmə mərasimi keçiriləcək. Tədbirdən əvvəl jurnalistlərlə söhbətində ABŞ səfiri Riçard Mils qeyd etdi: “Bu gün mənim üçün, səfirlik və Sülh korpusu üçün, məncə Ermənistan xalqı üçün qeyri-adi gündür.

Bu gün yeni 25-ci qrupun andiçmə mərasimi keçiriləcək və onlar iki il müddətiylə Ermənistanın Sülh korpusunda xidmət edəcəklər.Bu gün həmçinin ABŞ-dan gəlmiş 1000-ci könüllü and içəcək və Ermənistanda xidmətini keçirəcəkdir.Odur ki, bu gün bizim hamımız üçün yaddaqalandır”.

Səfirin sözlərincə Sülh korpusunun proqramı iki istiqamətlə işləyir. Buraya müxtəlif yaşlı gənc və yaşlı könüllülər gəlir.Onlar Ermənistanda buranın mədəniyyəti, həyatı, xüsusiyyətləri ilə yaxından tanış olur və ABŞ-a geri dönürlər. Onlar bütün bunları ABŞ-da təqdim edir və dairə formalaşdırır ki, o da ER və ABŞ arasında münasibətləri möhkəmləndirmək mövqelərindən çıxış edir.

Daha çox göstər
Back to top button