İctimaiyyət

Novella Cəfəroğlu: “Gözəl Bayramlı və Əfqan Muxtarlının tutulması absurddur”

Hüquq müdafiəçisi Amerikanın Səsinə müsahibəsində son həbslər və insan hüquqlarının durumundan danışıb

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Amerikanın Səsinə müsahibəsində AXCP sədrinin müavini Gözəl Bayramlının, jurnalist Əfqan Muxtarlının həbsi, ölkədə insan haqlrının durumundan danışıb.

“Bu gün Gözəl Bayramlının tutulması heç də Azərbaycana baş ucalığı gətirmirəyəcək. Çünki, bu günləri bunlar görüblər ki, qadın həbs olunanda bütün dünya onun müdafiəsinə qalxır. Necə ki, Leylanın (hüquq müdafiəçisi Leyla Yunus-red), Xədicənin (jurnalist Xədicə İsmayıl-red) həbsindən sonra belə oldu. Yəni, məcbur olub, sonra da həbsdən buraxdılar. Gözəl Bayramlı heç bir qəbahət görməyib. Onun tutulmasına heç bir əsas yoxdur”-deyə o qeyd etdi.

Mən hesab edirəm ki, bu vəhşilikdir. Mən yenə də deyirəm, prezidentin sərəncamına laqeyd olan məmurların işidir. Yəni, prezident sərəncam verib. Həbs edisiniz-edin, nəyin üstündə, nə üçün? Bu insanı tutmaqla nə ittiham deyəcəksiniz? Bunun səbəbi hesab edirəm ki, dövlətdə olan hərc-mərcilikdir. Rulsarrın misalı var, – “nə qədər pis olsa, bir o qədər yaxşıdır”. Əfqan belə bir böyük fiqur deyil, belə bir böyük jurnalist deyil, deyim ki, onu tutub, gətiriblər Azərbaycana. Bu Azərbaycana ləkə gətirən bir hərəkətdir. Ancaq bunu deyə bilərəm.

İnsan haqları indi daha kəskindir. Yəni, mən hələ siyasi məhbusları demirəm. Bizə gələn ərizələrdən deyirəm. Məsələn, qadın haqlarından danışım. Bizə hər ay qadınların haqlarının pozulması (hökumət tərəfindən, məhkəmə tərəfindən) ilə bağlı 6-7 ərizə daxil olur. Şikayət veririk və məhkəmədə qarşı tərəfi uduruq. Amma, nə əzabla bu başa gəlir? Çünki, qanunlarda boşluqlar var. Azərbaycanda insan haqları doğrudan da indi biz istədiyimiz vəziyyətdə deyil. Bundan qabaq daha çox insanın həbsdən buraxılmasına nail ola bilirdik, daha çox insanlarla görüşə, danışa (söhbət həbs yerlərindən gedir-red) bilirdik. Bir çox hallarda insanların məhkəmyə düşməməsinə nail olurduq. Digər insansiyalarla işi həll edib, insanı məhkəməyədək həbsdən buraxdırırdıq. İndi bizim üçün çətindir.

Daha çox göstər
Back to top button