
ER Prezidenti Serj Sarkisyan iyunun 2-də Almaniya ən irir məddəni mütəxəssisi olan Göte institutunun sədri Klaus – Diter Lehmani qəbul edib.
ER Prezident administrasiyasının informasiya və ictimaiyyət ilə əlaqələr şöbəsinin məlümatına görə, Dövlət başçımız qonağı alqışlayaraq, ümidvar olduğunu bildirib ki, Lehamin Ermənistana səfəri Ermənistan – Almaniya təhsil- məddəni əməkdaşlığının inkişafı, buna görə də iki tərəfli dövlətlərarası münasibətlərinin möhkəmləşdirilməsi üçün yeni başlanğıcı olacaq. Qeyd edərək ki, bu ildə Ermənistan – Almaniya diplomatik münasibətlərinin yaradılması 25-ci il dönümünüdür, Prezident Sarkisyan məmnuniyyətlə deyib ki, keçən illərdə Ermənistan – Almaniya münasibətləri yalnız inkişaf edib, yüksək səviyyəli siyasi dialoq, sabit parlamentlərarası münasibətləri yaradılıb, ticari- iqtisadi münasibətlər, təhsil, məddəniyyət sahələrində əməkdaşlıq də uğurla inkişaf edir.
Prezidentin sözlərinə görə, bütün bunlar Ermənistanda alman dilinin daha dərin öyrənilməsini təşvik edəcək.
Bu məzmunda həmsöhbətçilər 2009-cu ildən etibarən Ermənistanda fəaliyyət göstərən Alman dilinin öyrənilməsi mərkəzinə paralel olaraq Alman dilinin yayılmasını təşvik edən başqa imkanlarını, o cümlədən Göte institutu mərkəzinin yaradılması məsələsini müzakirə edib. Prezident Serj Sarkisyan bu təşəbbüsü üçün dövlət tərəfindən dəstək verməyə hazır olmasını bəyan edib.
Klaus – Diter Lehman əmin edib ki, Göte institutu Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsi üçün əlindən gələni edəcək.