İctimaiyyət

”Əfqan Muxtarlı olayı Avropa Birliyinin diqqətindədir”

Avropa Birliyinin xarici işlər komissarı Əfqan Muxtarlı ilə bağlı çağırış etdi.

Bu haqda Azadliq.info məlünat verir.

“Biz Gürcüstan və Azərbaycan hökumətlərinin götürdükləri beynəlxalq öhdəliklərə uyğun tezliklə bu olayla bağlı səmərəli və şəffaf araşdırma aparacağını gözləyirik”.

Avropa Birliyinin xarici işlər komissarı Federika Mogherini AzadlıqRadiosuna Gürcüstanda yaşayan mühacir jurnalist Əfqan Muxtarlının müəmmalı şəkildə Azərbaycana aparılması və həbs olunması olayına münasibət bildirərkən deyib.

Federika Mogherini baş verən hadisəni diqqətdə saxladıqlarını bildirib:

“Biz Gürcüstanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı vətəndaşın qeyri-qanuni oğurlanması iddiası və heç bir dəlil olmadan həbs olunması barədə eşitmişik. İstənilən şəxsin sübut, dəlil olmadan həbsi beynəlxalq insan hüquqları normalarına ziddir. Ümumdünya insan hüquqları bəyannaməsində açıq-aydın göstərilir ki, heç kəs dəlil olmadan saxlana, həbs oluna və ya sürgün edilə bilməz. Vətəndaşlarının bütün fundamental azadlıqlarını, o cümlədən siyasi və vətəndaş hüquqlarını təmin etmək həm Gürcüstanın, həm də Azərbaycanın məsuliyyətidir”.

Daha çox göstər
Back to top button