İctimaiyyət

Avropa Birliyi Azərbaycandan siyasi məhbusların dərhal azad olunmasını tələb edir

Avropa Birliyi Azərbaycandakı siyasi məhbuslarla bağlı bəyanat verib. Bəyanatda deyilir:

“Azərbaycan vətəndaşlarının, o cümlədən Gürcüstanda yaşayan hüquq müdafiəçisinin oğurlanması, qanunsuz saxlanılması və həbsi tez və şəffaf şəkildə araşdırılmalıdır.
Gürcüstanda belə bir araşdırmanın başlanılması alqışlanılır və AB prosesləri yaxından izləyəcək.
Azərbaycan tərəfi beynəlxalq öhdəliklərə uyğun olaraq, əsas hüquqlar, o cümlədən ifadə azadlığı pozularaq həbs edilənləri dərhal azad etməlidir.
Biz zəruri hüquqi prosedurların, qanuni əsaslarla digər dövlətlərin ərazisində yaşayan vətəndaşların siyasi hüquqlarının qorunmasına çağırırıq.
İnsan haqları deklarasiyasında aydın şəkildə qeyd olunub ki, heç kim qanunsuz şəkildə həbs və ekstradisiya edilə bilməz”.

Bəyanatda qeyd olunur ki, Avropa Birliyi bu kimi halları diqqətlə izləyəcək.

Daha çox göstər
Back to top button