İctimaiyyət
Əfqan Muxtarlının şikayəti təmin edilmədi
Bu gün, iyunun 6-sı Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının həbsindən verilən şikayətə baxılıb. Şikayət təmin edilməyib.
Bu barədə jurnalistlərə prosesdən sonra vəkil Osman Kazımov məlumat verib:
«Məhkəmə bunu Azərbaycansayağı bir cümlə ilə ifadə etdi. Dedilər ki, apellyasiya şikayəti təmin edilmədi. İş Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə verilib. Əfqan Muxtarlının əhvalı yaxşıdır. Geniş izahat verdi. Yenə dedi ki, onu Gürcüstanda tutublar. Tutularkən işgəncəyə məruz qalıb. Azərbaycan sərhədində isə cibinə 12 min avro qoyublar».