İctimaiyyət
Jurnalistin işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib

Elçin Sadıqov məlumat yayıb
Jurnalist Əfqan Muxtarlı barəsində açılmış cinayət işi araşdırılması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib. Azadliq.info saytının məlümatına görə, bu barədə məlumatı onun vəkili Elçin Sadıqov yayıb.
Əfqan Muxtarlı barəsində Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.