İctimaiyyət

Qiyas İbrahimovun apelyasiya şikayəti təmin edilmədi

İyunun 5-də Bakı Apelyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Contact.az xəbər verir ki, prosesdə Qiyas İbrahimovun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qiyas İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Daha çox göstər
Back to top button