BaşlıcaSiyasət

Ancey Kasprşik DQ münaqişəsinin tərəfləri arasında inamı möhkəmləndirməyin müxtəlif istiqamətlərini araşdırır

ATƏT Dağlıq Qarabağ münaqişəsinin təmas xəttində monitorinqin keçirilməsini tərəflər arasında inamı möhkəmləndirməyin mühüm vasitələrindən biri olaraq qiymətləndirir.

Bu haqda jurnalistlərin suallarını cavablandıraraq ATƏT fəaliyyətdəki sədrin mətbuat spikeri Helen Spitser bəyan edib.

“ATƏT fəaliyyətdəki sədrinin şəxsi təmsilçisi, səfir Ancey Kasprşik tərəflər ilə xırdalıqlarla monitorinq hərbi təlimləri hazırlaşır və razılaşdırır.Bunlar hərbi ekspertlərin yardımıyla bütün iştirakçıların təhlükəsizliyini təmin etmək məqsədiylə edilir.

Hazırlıq mərhələsində şəxsi təmsilçi harada ki, o monitorinq keçirmək istəyir dəqiqliklə ərazini sahmanlaşdırır. o yerləri seçir, haradan ki, vəziyyəti qiymətləndirməyə imkan yaranır.

Monitorinq təlimləri uğurlu hesab edilir, əgər şəxsi təmsilçi və onun komandası tərəflər ilə razılaşdırılan ərazini vizual əlaqə vasitəsiylə idarə edir.Ondan başqa şəxsi nümayəndə və onun komandası brifinq vasitəsiylə məlumat verir.Monitorinqin keçirilməsi inamı möhkəmləndirmək baxımından olduqca mühümdür”-deyərək Spitser bəyan edib.

Onun sözlərincə, ATƏT fəaliyyətdəki sədrin şəxsi təmsilçisi münaqişə tərəfləri arasında inamı möhkəmləndirmək məqsədiylə daima digər yollar araşdırır.

Daha çox göstər
Back to top button