Ekonomika

Deputat: ‘Bu il ciddi artım gözləmirəm’

“Mən 2017-ci ildə istər sənaye, istər kənd təsərrüfatı və istərsə də digər sahədə ciddi inkişaf gözləmirəm. İnkişaf olar ən yaxşı halda 1 faiz”.

Deputat Vahid Əhmədov bunu ölkədə iqtisadi durumu dəyərləndirərkən bildirib.

V. Əhmədov deyir ki, ötən il Azərbaycan iqtisadiyyatında kiçilmə başa vurub.

Deputat hesab edir ki, inkişaf investisiya yatırımından keçir. Amma bu sahədə də azalma var. Onun fikrincə, real sektora yatırım olmalıdır. Əks halda real sektor inkişaf edə bilmir:

“Böyük inkişafın yolu məhz investisiyalardan keçir. İnvestisiyalar olmadan böyük inkişaf olmur”.

V. Əhmədov hesab edir ki, ciddi inkişaf bir sıra sahələrdə irəliləyişlərdən asılıdır:

“Böyük inkişaf üçün ağır sənaye, aqrar sahə, tikinti inkişaf etməlidir. Bunlarsız ciddi inkişaf olmur. Gələn il Sumqayıtda , Mingəçevirdə, Neftçalada bəzi müəssisələr işə düşəcək, bu iş yeri deməkdir. Amma bu böyük inkişaf üçün hələ yetərli deyil”.

V. Əhmədov hesab edir ki, ölkəyə böyük neft gəlirləri gələn zaman avtomobil zavodu və ya neft avadanlıqları zavodu tikmək olardı. Amma artıq, bu haqda danışmaq özü belə gecdir.

Daha çox göstər
Back to top button