İctimaiyyət

Gürcüstanda Əfqan Muxtarlı ilə bağlı orijinal aksiya

“Rustavi-2” teleşirkətinin jurnalisti Georgi Qabuniya “Arçevani” verilişinu başına qara torpa keçirərək aparıb.  O bunu jurnalist Əfqan Muxtarlının yoxa çıxması və Bakıda peyda olmasına etiraz olaraq edib.

“Azərbaycanlı həmkarıma dəstək nümayiş etdirirəm və bu bir etirazdır. Bütün verilişi bu formada aparmağa çalışacam”, – deyə o bildirib.

Qeyd etmək lazımdır ki, studiyada olan jurnalistlər və media-ekspertlər də bu etiraza qoşulub.

Daha çox göstər
Back to top button