İctimaiyyət

Tbilisidən azərbaycanlı jurnalistin oğurluğu və Azərbaycana ekstradisiyası yalnız Gürcüstan üçün deyil, bütün region üçün pisdir. Jurnalistin vəkili

Gürcüstanda azərbaycanlı jurnalist, fəalı Əfqan Muxtarlının  Tbilisidən Azərbaycana ekstradisyası ilə bağlı hadisələr davam edir.

Hüquqi addımlar, jurnalistin vəkilinin tələbləri, beynəlxalq ictimaiyyətin bəyanatları və digər məslələr üzrə Tert.am Afqan Müxtarlının vəkillərindən Arçil Çopikaşvili ilə danışıb.

-Cənab Çopikaşvili necə oldu ki, jurnalist Tbilisinin mərkəzindən Azərbaycanda  peyda olunub. Bunu necə şərh edə bilirsiniz?

-Muxtarlı bunu şəxsiyyət oğurluq kimi hesab edir. O hesab edir ki, bunlar Gürcüstan və Azərbaycan arasında qeyri-resmi əməkdaşlığın nəticəsidir.

Tbilisinin mərkəzindən insan qaçırıblar, Gürcüstanın bütün ərazisiylə keçiriblər, Gürcüstan-Azərbaycana sərhədində dək keçrirblər və Azərbaycana getiriliblər. Versiyalardan biri odur ki, bütün bunlar əməkdaşlıqdır, ikinci versiyası isə odur ki, Gürcüstan öz sərhədi və ölkəsinin təhlükəsizliyi qoruya bilmir. Bu isə yalnız ölkəmiz üçün deyil, bütün region üçün çox pisdir. Buna görə də, bu sualları cavablandırmalıdır. Gürcüstan hökuməti xarici səfirləri, beynəlxalq ictimaiyyət tərəfindən edilən bəyanatlara cavaBlanaraq,  qeyd edirlər ki, bu iş   aşkar olunacaq.

-Aİ-nin səfiri, ABŞ  Dövlət Departamenti, Avropa Birliyi bəyanatlarla çıxış ediblər, Aİ və ABŞ Dövlət Departamenti Gürcüstandan şəffaf istintaq tələb ediblər. Bu Gürcüstanın beynəlxalq imicinə təsir edəcəkmi?

-Bu hadisə beynəlxalq qalmaqala çevrilmişdir, bunun üçün də ABŞ Dövlət Departamenti, Aİ və Aİ səfiri bu fakta  reaksiya göstərə bilməzdirlər, çünki bu Gürcüstan və bütün region üçün ağırlı və problemli bir məsələdir.

Daha çox göstər
Back to top button