20-dən artıq beynəlxalq təşkilat Əfqan Muxtarlı ilə bağlı baş nazirə müraciət etdi
“Jurnalistin oğurlanması Gürcüstanın reputasiyasına qara ləkədir”.
Bu gün 20-dən artıq beynəlxalq təşkilat Əfqan Muxtarlının oğurlanması və həbs edilməsi ilə bağlı Gürcüstanın baş naziri Qeorqi Krvirikashviliyə müraciət edib.
Müraciətdə bildirilir ki, Əfqan Muxtarlının oğurlanması, onun işgəncələrə məruz qalması və uzun müddət həbsdə saxlanmasına rəvac verməklə yanaşı, həm də Gürcüstanda yaşayan onlarla azərbaycanlı mühacirin həyatı üçün də təhlükəli presidentə çevrilib.
Müraciəti imzalayan hüquq müdafiə və jurnalist təşkilatları bildirir ki, bu hadisə insan haqlarının müdafiəsi sahəsində Qafqaz regionunun liderliyinə iddia edən Gürcüstanın reputasiyasında qara ləkədir.
Beynəlxalq təşkilatlar Əfqan Muxtarlının oğurlanması faktı üzrə cinayət işinin açılmasını, günahkarların, o cümlədən gürcü məmurlarının məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Müraciəti bu qurumlar imzalayıb: Human Rights Watch, Sərhədsiz Reportyorlar, Norveç Helsinki Komitəsi, İFEX təşkilatları da daxil olmaqla, aşağıdakı qurumlar imzalayıb: Canadian Journalists for Free Expression, CEE Bankwatch Network, Civil Rights Defenders Committee to Protect Journalists, Crude Accountability, English PEN, FIDH, within the framework of the Observatory for the Protection of Human Rights Defenders, Freedom Now, Human Rights First, Human Rights House Foundation, Human Rights Watch, Index on Censorship, IFEX, International Media Support International Partnership for Human Rights,Institute for War and Peace Reporting, Netherlands Helsinki Committee, Norwegian Helsinki Committee, PEN America, PEN International, People in Need, Reporters Without Borders (RSF), World Organisation Against Torture (OMCT), within the framework of the Observatory for the Protection of Human Rights Defenders .