Siyasət

MQ həmsədrləri regional səfər çərçivəsində münaqişə zonasındakı vəziyyəti dəqiqləşdirəcək

ATƏT Minsk qrubu həmsədrləri İgor Popov ( Rusiya ), Riçard Hoqland ( ABŞ ) və Stefan Viskonti ( Fransa ) iyunun 10- da Ermənistana səfəri çərçivəsində Qarabağ münaqişə zonasındakı vəziyyəti dəqiqləşdirmək niyətindədir.

Bu haqda jurnalistlərə Rusiya Xarici işlər nazirliyinin sözcüsü Mariya Zaxarova deyib.

O bəyan edib ki, daha əvvəl əldə edilmiş razılıqlara əsasən həmsədrlər Ermənistanda ER Prezidenti Serj Sarkisyan, Xarici işlər naziri Edvard Nalbandyan və Müdafiə naziri Vigen Sarkisyanla görüşəcək.

Səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı gündəmdəki məsələlər müzakirə ediləcək. Üç həmsədrlərin Dağlıq Qarabağa səfəri nəzərdə tutulur.

Zaxarova bildirib ki, bir həftə sonra Minsk qrubu həmsədrləri Bakıya gedəcək. Səfər nəticələri haqqında ATƏT saytnda səfəri yekunlaşdıran bəyanat yayılacaq.

 

Daha çox göstər
Back to top button