ATƏT-Beynəlxalq İnsan haqları müdafiə komitəsi oğurlanmış azərbaycanlı jurnalist Muxtarlının işiylə bağlı narahat olduğunu bildirib

ATƏT- Beynəlxalq İnsan haqları müdafiə komitəsi oğurlanmış azərbaycanlı jurnalist Muxtarlının işiylə bağlı narahat olduğunu bildirib.
ATƏT demokratik müəssisələri və insan haqları idarəsinin müdiri Maykl Corc Link azərbaycanlı jurnalist və insan haqları müdafiəçisi Əfqan Muxtarlının qeyri-qanuni oğurlanması və ona qarşı qəddar davranışa dair narahat olduğunu bildirib.
ATƏT-dən verilən xəbərə görə Link qeyd edib ki, Muradxanlının başına gətirilənləri ayydınlaşdırmaq məqsədiylə layiqincə istintaq aparılmalıdır.Link qeyd edib ki, ATƏT hadisənin inkişaflarını izləməyi davam edəcəkdir.
”Əgər Muradxanlıya qarşı istintaq təqibləri uydurulmuş sübutlar və prosesslər üzərində əsaslanıb.Hakimiyyətlər dərhal ona qarşı işi dayandırmaqla gərək onu azadlığa buraxsınlar”=deyərək ATƏT Beynəlxalq İnsan haqları idarəsinin müdiri bəyan edib.
Əfqan Muxtarlı necə Azərbaycan hakimiyyətlərinin yürütdüyü siyasətçiliyin tənqidçisi olaraq tanılınır.
2015 –ci ildən bəri Tbilisidə yaşamağa məcbur olub. Bu günlərdə o itmişdir. Odur ki, ailəsi polisə müraciət edib. Daha sonra Bakıda peyda olunub.Onu mülki geyimli şəxslər Tbilisinin mərkəzindən oğurlamışlar kimlər ki, gürcü dilində danışıblar.Onu maşına əyləşdirərək Gürcüstandan çıxarıblar.
O zaman artıq azərbaycanca danışmağa başlayıblar.Maşında onun cibinə kifayət qədər çox məbləğ qoymuşlar.
Jurnalistin vəkili artıq onunla görüşüb və faktlaşdırıb ki, burnu və alnı nayihəsində və gözlərinin altında qaralar döyülmək izlərini isbat edir.Əfqan deyib ki, döş nayihəsində ağrıları var ona elə gəlir ki, qabırğası sınmışdır.
Səbayıl rayon məhkəməsi Tbilisidən oğurlanmış azərbaycanlı jurnalist əfqan Muxtarlıya qarşı üç aylıq həbs seçilib.
Muxtarlının oğurlanması işiylə Gürcüstanın müvafiq orqanları, o cümlədən ölkənin Prezidenti Qeorqi Marqelaşvili narahat olduğunu bildirib.