İctimaiyyət

İnsansevərlik köməyinin ikinci qrublaşması Suriyaya göndərilib

ER Prezidentinin təşəbbüsü ilə Ermənistan Respublikası və Rusiya Federasiyası Müdafiə nazirlikləri arasında əldə edilmiş razılıqlara görə, iyunun 8 – də Suriyaya insansevərlik köməyinin ikinci qrublaşması göndərilib.

Bu haqda ER Müdafiə nazirliyi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlümat verirlər.

Daha əvvəl iyunun 7-də, Suriyaya 18 ton yük,  xüsusilə geyim və qida göndərilib.

Haleptakı ER konsulluğu və RF münaqişə tərəflərinin barışdırılması mərkəzinin səyləri ilə yaxın günlərdə humanitar kömək Suriya münaqişəsindən zərar çəkmiş Latakiya, Şam, Halep və başqa şəhərlərdəki ailələrə ayırılacaq.

Qeyd edək ki,  artıq üçüncü dəfədir ki, Suriya dost xalqına insansevərlik köməyi göndərilir. Birinci təyyarə Yerevandan Latakiyaya bu ilin fevralında gedib

Daha çox göstər
Back to top button