İctimaiyyət

Əfqan Muxtarlının həbsindən verilmiş şikayətə baxılması təxirə salınıb

Əfqan Muxtarlının həbsindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətə baxılması təxirə salınıb.

Dinləmələr iyunun 9-na təyin edilmişdi. Ancaq prokurorluq nümayəndəsi gəlmədiyindən iclas iyunun 16-na keçirilib. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.

Vəkil hesab edir ki, prokurorluq məhkəmə araşdırmasını qəsdən yubadır.

Şikayət Ə.Muxtarlının qanunsuz həbsilə bağlıdır. Vəkilin sözlərinə görə, Ə.Muxtarlı ruhdan düşmür, təslim olmur. Ancaq o, şəkərli diabetdən əziyyət çəkir. Hələlik ona dərman vermirlər

Daha çox göstər
Back to top button