ABŞ Konqresi Ermənistana yardımı artıra bilər

ABŞ Konqresinin bir çox millət vəkillər həmkarlarına 2018-ci ildə Ermənistana veriləcək yardımın artırmasına cağırıblar.
ABŞ Konqresinin Ermənistan-ABŞ doqtluq qrupu Konqresin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin rəhbərliyinə məktub göndərib. Məktubda onlar Ermənistana verilən Amerikanın yardım ölçüsünün artırmasına çağırıblar.
Bu haqda Amerikanın səsi yazır.
Konqresmenlərin fikirincə, yardımın azalması Ermənistanda Amerika dəyərləri və standartlarının təbliğ etməsi üçün Amerikanın imkanlarını məhdudlaşdıracaq. 2018-ci ildə ABŞ dövlət büdcəsində yalnız Ermənistana deyil, tum dünyaya verilən yardımların səviyyəsi azalmışdır. Belə ki, Gürcüstana verilən Amerika yardımı 57 faiz, Ukraynaya verilən Amerika yardımı isə 69 faiz azalmışdır, 2018-ci ildə Belarusya yardım verməməsi təklif edilib. Həmçinin Azərbaycana verilən Amerikanın yardımı ciddi şəkildə azalacaq.
Konqresmenlər həmkarlarına Ermənsitana veriləcək yardım ilə bağlı Ağ Evin büdcə layihəsinin yenidən baxmasına çağırıblar. Bu çağırışa Amerikadakı Erməni icmasını təqdim edən təşkilatlar da qatılıb.