İctimaiyyət

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Bakıda həbsdə olan Artsax Respublikasının vətəndaşı ilə görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Bakıda həbsdə olan  Artsax Respublikasının vətəndaşı Arsen Bağdasaryan  ilə görüşüb.

BQXK-nın BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, başçəkmə bir neçə gün əvvəl gerçəkləşib: “Ona ailə məlumatı almaq və ailəsinə məlumat çatdırmaq imkanı yaradılıb”.

İ. Hüseynova qeyd edib ki, başçəkmə BQXK-nın standart proseduralarına uyğun aparılıb: “BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun”.

Artsax Respublikasının vətəndaşı Arsen Bağdasaryan  2014-cü ilin dekabrın 26-da əsir düşüb .Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arsen Bağdasaryan  15 il müddətinə azadlıqdan məhrum edilib.

Daha çox göstər
Back to top button