İctimaiyyət

Avropa Parlamentində Əfqan Muxtarlının işi müzakirə edilib

“Bütün siyasi qrupları əslində nə baş verdiyi maraqlandırır”

Avropa Parlamentində Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi üzrə qətnamə hazırlanır.

“Turan” yazır ki, məsələ iyunun 9-da Gürcüstan səfiri Natali Sabanadzenin xarici işlər komitəsinin rəhbəri ilə qapalı görüşündə müzakirə olunub.

“Səfirlə görüş məxfi idi. Biz Azərbaycanlı jurnalistin məsələsinə baxdıq. Siyasi qruplar bu mövzunu növbəti plenar iclasın gündəliyinə salmaq qərarına gəliblər. Hazırda qətnamənin mətni üzərində iş gedir. Təkcə bizi deyil, bütün siyasi qrupları – sosial-demokratları, liberalları və yaşlıları əslində nə baş verdiyi maraqlandırır”, – deyə komitə rəhbəri Devid Makkalister bildirib.

Avropa Parlamentinin deputatı Ana Gomes də Ə.Muxtarlının həbsinə münasibət bildirib. O, Gürcüstanın Təhlükəsizlik Xidmətinə sualları olduğunu deyib:

“Avropa Parlamenti üçün bu, ciddi narahatlıqdır. Biz qətnamə hazırlamağa, debatlar keçirməyə başlamışıq. Məsələ Əfqan Muxtarlı ilə bağlıdır”.

Ana Gomes bildirib ki, nə baş verdiyini şəffaf şəkildə müəyyən etmək hazırki durumda çıxış yoludur:

“Gürcüstan Azərbaycan hakimiyyətindən bu şəxsi qaytarmasını tələb etməlidir ki, onun təhlükəsizliyinə zəmanət verilsin. Təbii ki, bu məsələdə cavabdehlər cəzalandırılmalıdırlar”, – deyə A.Gomes vurğulayıb.

Daha çox göstər
Back to top button