Siyasət

Azərbaycandakı son həbslər Fransa mətbuatında

Fransanın “Le Parisien” qəzeti Azərbaycandakı son həbslərlə bağlı məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, beynəlxalq QHT-lər Azərbaycanda insan haqlarının pozulması hallarının artmasından narahatdır.

Qəzet Tbilisidən oğurlanaraq Azərbaycanda həbsxanaya göndərilən jurnalist Əfqan Muxtarlıya işərə edərək “O, Gürcüstanda oğurlandı döyüldü və Azərbaycan güc trukturlarına təhvil verildi”, – deyə yazır və vurğulayır ki, Avropa Birliyi həm Əfqan Muxtarlıya, həm də Gürcüstandan qayıdarkən həbs edilən AXCP sədrinin müavini Gözəl Bayramlıya görə bəyanat verərək, onları və siyasi motivlərlə həbs olunan başqalarını azad etməyə çağırıb.

“Bu günlərdə Avropa Birliyi Azərbaycanda qaçırılan, həbs olunan jurnalistləri, həmçinin digər rəqibləri dərhal azad etməyə çağırdı: “İfadə azadlığı da daxil olmaqla fundamental insan hüquqlarının tətbiqi ilə bağlı həbslərin hər birinin yoxlanılması və bu həbslərlə əlaqəli olan şəxslərin dərhal azad edilməsi vacibdir”.

Azərbaycan mütəmadi olaraq, beynəlxalq QHT-lər tərəfindən insan hüquqları və mətbuat azadlığının pozulmasına görə tənqid edilir. İlham Əliyev rejimi isə bu ittihamları qəbul etmir”, – deyə məqalədə qeyd olunur.

Qəzet vəkil Elçin Sadıqova istinadla yazır ki, Əfqan Muxtarlı 2015-ci ildən Gürcüstanda “sürgündə yaşadığı” müddətdə Azərbaycan prezidenti İlham Əliyevə qarşı tənqidlərini davam etdirib. Ona görə də mayın 30-da Gürcüstanda tanımadığı adamlar tərəfindən oğurlanaraq döyülüb və Azərbaycana təhvil verilib.

“Cənab Muxtarlı Azərbaycanda məhkəmə qərarı ilə qanunsuz sərhədi keçmək və pul keçirtməyə cəhddən ittiham edilərək 3 aylıq müvəqqəti həbs edilib. Amnesty International onun azad edilməsini tələb edir və bildirir ki, gürcü hakimiyyəti də “bu dəhşətli oğurluqda şərik” kimi görünür. Tbilisi hər hansı bir iştirakı inkar edib və istintaq qərarı elan edib”, – deyə qəzet yazır.

Məqalədə qeyd olunur ki, ABŞ da həbs olunan jurnalist və siyası muxalifləri həbsdən azad etməyi tələb edir.

azadliq.info

Daha çox göstər
Back to top button