Siyasət

Bako Sahakyan ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəbul edib

Artsax Respublikası Prezidenti Bako Sahakyan iyunun 12-də ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (RF), Stefan Viskonti (Fransa), Riçard Hogland (ABŞ), ATƏT-in fəaliyyətində olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki və onları müşayiət edən rəsmiləri qəbul edib.

Azərbaycan-Qarabağ münaqişəsinin nizamlanması və Artsax-Azərbayacan sərhədlərindəki vəziyyəti ilə bağlı məsələləri müzakirə olunub.

Prezident Sahakyan həmsədrlərinin diqqətini Azərbaycanın qeyri-konstruktiv siyasətinə, atəşkəs rejiminin və beynəlxalq normaların və prinsiplərin pozulmalarının çoxsaylı faktlarına yönəldirərək bunları münaqişənin nizamlanmasına maneə və regionda sülh və sabitliyin müdafiəsinə ciddi təhlükə kimi qiymətləndirib.

Artsax Respublikası Prezidenti təkrar təsdiq edib ki, rəsmi Stepanakert ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan-Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadıqdır.

Daha çox göstər
Back to top button