Təhlil

Bu ölkəyə bayılıram: Rusyanın məşhur «Поедем, поедим!» proqramı Ermənistan haqqında (video)

Rusiyanın НТВ telekanalının əməkdaşı Con Uoren «Поедем, поедим!» turizm proqram çərçivəsində Ermənistana gəlib. Ermənistanın dadlı yeməkləri yeyib, Sevana gədib, balıq tutb, duduq çalmağa öyrənib, Qarnidə ənənəvi lavaşın pişirmə prosesində iştirak edib və dolma hazırlayıb.

Uoren bütün proqram ərzində Ermənistana, ermənilərə, ölkəmizin mədəniyyətinə və mətbəxinə dair öz heyranlığını göstərir. Onun sözlərinə görə, Yerevan bazarları onun ən sevdiyi yerlərindəndirlər, çünki bu bazarlarda pul olmadan bilə dadlı yeməklər yemək mümkündür.

Yerevana dair isə, Uoren qeyd edir ki, burada insanlar çox rahatdırlar və bu, şəhərə xüsusi əhval verir. Bazardan sonra Uoren Yerevan şərab və konyak zavoduna gedib. Burada isə, Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçillin ən sevdiyi konyaklarından birini “Dvin”-i daddı.

“Ermənistan öz qidası, konyakı və görməli yerləri ilə getdikcə daha da xoşuma gəlir. Bu ölkəyə bayılıram və buraya hər zaman məmnuniyyətlə gəlirəm. Mən özümü ermənilərlə yaxşı hiss edirəm, onlardan ilham alıram”,-deyə Uoren qeyd edib.

Daha çox göstər
Back to top button