BaşlıcaSiyasət

ER Prezidenti Rusiya yüksək rəhbərliyini təbrik edərək RF səfriliyinə səfər edib

ER Prezidenti Serj Sarkisyan iyunun 12-də Rusiya Federasiyası dövlət bayramı,  Rusiya günü münasibəti ilə Ermənistandakı RF səfirliyinə səfər edərək səfir İvan Volinkini, səfirlikdə işləyənləri, Rusiya qardaş xalqını təbrik edərək sülh və firavanlıq arzulayıb.

Dövlət başçımız bayram münasibəti ilə RF prezidenti Vladimir Putinə və RF hökumət başçısı Dmitri Medvedevə təbrik mesajları verib.

Prezident Vladimir Putinə yönəldilmiş təbrik mesajında Prezident Serj Sarkisyan vurğulayıb ki, keçən illərdə erməni – rus münasibətləri iki xalqın yüzillik dostluğu və qardaşlığı möhkəm təməli üzərində qurularaq , keyfiyyət baxımından yeni məzmunla zənginləşib.

Aktiv siyasi dialoq, regional və beynəlxalq gündəmdəki əsas məsələlər çərçivəsində konstruktiv əməkdaşlıq, iqtisadi, hərbi – texniki, mədəni – humanitar və başqa sahələrdə iki tərəfli layihələrin birgə heyətə keçirilməsi, Prezidentin sözlərinə görə, Ermənistan və Rusiya müttəfiq münasibətlərinin çıxarlarına tamamilə uyğundur.

“Əminəm ki, birgə səylər sayəsində biz ölkələrimiz və xalqlarımız naminə, regional təhlükəsizliyin və sabitliyin möhkəmləşdirilməsi naminə, həm iki tərəfli, həm də çoxtərəfli formatlarla Ermənistan və Rusiya sytratejik müttəfiqliyi kompleksinin gələcək artışını təmin edəcəyiz”, – deyə ER Prezidentinin RF prezidentinə yönəldilmiş təbrik mesajında yazılmışdır.

Daha çox göstər
Back to top button