Siyasət

Yerevan Artsax münaqişəsinin nizamlanmasında Rusiyanın göstərdiyi səylərini yüksək qiymətləndirir

Erməni tərəfi ATƏT-in Minsk Qrupu ilə Artsax münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş işlərini davam edir. Bunu ER Xarici İşlər naziri Edvard Nalbandyan bildirib.

Yerevan Artsax münaqişəsinin həlli üçün Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq göstərdiyi vasitəçilik səylərini yüksək qiymətləndirir. Bu haqda ER Xİ naziri Rusiyanın günü münasibətilə təşkil edilmiş tədbir zamanı bildirib.

“Rusyanın səyləri ilə 1994-cü il mayın 12-də Dağlıq Qarabağ, Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında saziş imzalanmışdı. Bu saziş tərəflərə məsələnin siyasi yolu ilə nizamlanma mərhələsinə keçməyə imkan verib”,-deyə ER XİN rəhbəri vurğulayıb.

O qeyd edib ki, Azərbaycan tərəfindən atəşkəs rejiminin davamlı pozulmalarına, o cümlədən ötən il aprel ayında başlanmış genişmiqyaslı əməliyyatlara baxmayaraq, Ermənistan, Rusiya və həmsədr ölkələri ilə vəziyyətin sabitliyi üçün səyıət göstərməyə davam edir.

“Danışıqlar prosesinin irəli sürməsi üçün şəraitlər yaradılır, ki münaqişə yalnız sülh yolu ilə həll edilsin”,-deyə nazir qeyd edib.

Daha çox göstər
Back to top button